Ekber Ehmedoglu - Veten yolunda 2020

  • Baxış: 142
  • Həcmi: 3.93 MB
  • Vaxt: 4:06
  • Tarix: 04 Ekim 2020
  • Müəllif: Admin
Dinlə
- Ekber Ehmedoglu - Veten yolunda 2020
Yüklə
- Ekber Ehmedoglu - Veten yolunda 2020
Mahnı sözləri
Ekber Ehmedoglu - Veten yolunda 2020
Əkbər Əhmədoğlu - Vətən yolunda 2020 yukle


Yazıb bu tarixə Vətən sözünü
Sənə göz dikənin ovub gözünü
Pozub ləpirini pozub izini
Bu torpaq üzündən silməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim

Məkanı cənnətdir Vətəni abad
Olsun şəhidimin olsun ruhu şad
Yazıldı qəlblərə Mübariz Polad
Onların haqqını verməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim

Uğrunda baş əyər hər igid hər ər
Can fəda eyləyər göstərər hünər
Nə Vətən bölünər nə şəhid ölər
Yağı düşmənləri bölməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim

Tərk eylə bu yurdu ey nadan yağı
Bu yerlər əzəldən Türkün oylağı
Sancıb Xankəndinə üçrəng bayrağı
Şuşanın gözünü silməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim
Şərhlər (0)
Şərh Yaz
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız